“Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Maykl Kerriki vəzifəsindən azad etməyi nəzərdən keçirir. Jurnalist Ben Ceykobs bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
İngiltərə klubunun direktorlar şurası hələ yekun qərar qəbul etməyib. Qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Kerriki əvəzləmək üçün əsas namizədlərdən biri ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino hesab olunur. Mütəxəssisin müqaviləsində onun təzminat ödənilməklə komandadan ayrılmasına imkan verən bənd var.
İngiltərə Premyer Liqasında 10 oyundan sonra “Mançester Yunayted” səkkiz xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində, düşmə zonasındadır. Komanda bir qələbə qazanıb, beş dəfə heç-heçə edib və dörd dəfə məğlub olub.