“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının 9-cu turunda “Çelsi” ilə oyundan əvvəl klubdakı gələcəyi barədə fikirlərini bölüşüb.
“Heç kimdən heç bir təminata ehtiyacım yoxdur. Vəziyyəti tam anlayıram. Bu işin mahiyyətini və öhdəlikləri başa düşürəm. Bunun nə ilə bağlı olduğunu bilirəm, ona görə də bu məsələdə heç kimdən arxayınlaşdırıcı sözlərə ehtiyac duymuram”, – Kerrikin sözlərini BBC yayıb.
“Çelsi” ilə “Mançester Yunayted”in görüşü oktyabrın 31-də, şənbə günü, Bakı vaxtı ilə saat 16:30-da Londondakı “Stemford Bric” stadionunda keçiriləcək.
İngiltərə çempionatında səkkiz oyundan sonra “Mançester Yunayted” 7 xalla turnir cədvəlinin 16-cı pilləsindədir. “Çelsi” 13 xalla beşinci yerdə qərarlaşıb.