“The Sun” nəşrinin məlumatına görə, “Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Maykl Kerriki İngiltərə Premyer Liqasının 9-cu turunda “Çelsi” ilə qarşılaşmadan əvvəl istefaya göndərməyi planlaşdırıb. Ancaq klub onun yerinə gətiriləcək məşqçi barədə razılıq əldə edə bilməyib.
Məlumata əsasən, “Yunayted” rəhbərliyini araşdırılan namizədlər inandırmayıb. “Brayton”a rəhbərlik edən Fabian Hürzeler Kerrikin mümkün əvəzləyicisi kimi nəzərdən keçirilməyib. Buna səbəb almaniyalı məşqçinin transferi üçün “Brayton”a ödənilməli olan yüksək təzminatdır.
“Mançester Yunayted”də “Aston Villa”nın baş məşqçisi Unai Emerinin tərəfdarları olduğu bildirilir. Bununla belə, Emerinin Birmingem klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir və onun transferinin də baha başa gələcəyi qeyd olunur.
“Çelsi” ilə “Mançester Yunayted”in oyunu oktyabrın 31-də, Bakı vaxtı ilə saat 16:30-da keçirilməlidir.