“Barselona” və “Real” “Bavariya”nın hücumçusu Harri Keyni transfer etməyə çalışıb. Jurnalist Fabritsio Romanonun sözlərinə görə, hər iki İspaniya klubu futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Romano özünün YouTube kanalında bildirib ki, klublar Keynlə ötən yay mövsümöncəsi hazırlığın ilk mərhələsində maraqlanıb. Onun sözlərinə görə, futbolçunun tərəfinin cavabı dəyişməyib: “Təşəkkür edirik, amma ‘Bavariya’ ilə müqaviləmizə diqqət yetiririk”.
Jurnalist qeyd edib ki, tərəflər arasında danışıqlar aparılmayıb. Keyn “Bavariya”ya sadiq qalmaq və klubla müqaviləsini davam etdirmək qərarına gəlib.
Mənbənin məlumatına görə, İngiltərə millisinin hücumçusu 2026-cı ilin “Qızıl top” mükafatının sahibi olub.