“Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvarezlə danışıqlara görə tətbiq olunan 602 avro məbləğində cərimədən apellyasiya şikayəti verəcək. Marca yazır ki, Kataloniya klubu cəriməni ödəmək istəmir və heç bir qayda pozuntusuna yol vermədiyini iddia edir.
Nəşrin məlumatına görə, “Barselona” cərimənin məbləğini “gülünc” hesab edir. Bununla belə, klubun etirazı məbləğlə bağlı deyil: “Barselona” mənəvi və prinsipial mövqeyindən çıxış edərək cəriməni ödəməkdən imtina edir və hərəkətlərinin qaydalara uyğun olduğunu vurğulayır.
İspaniya Futbol Federasiyası (RFEF) daha əvvəl “Atletiko”nun şikayətindən sonra “Barselona”nı cərimə ödəməyə məcbur edib. Kataloniya klubu Alvarezlə danışıqlar apararkən bu barədə “Atletiko”ya məlumat verməməkdə ittiham olunur. Qaydalara əsasən, bu cür danışıqlar barədə futbolçunun klubuna məlumat verilməlidir.
“Barselona” qərardan apellyasiya şikayəti vermək niyyətindədir.