Əsas məzmuna keç

"Barselona" Xulian Alvaresi transfer etmək niyyətindədir

"Barselona" Xulian Alvaresi transfer etmək niyyətindədir

Kataloniya təmsilçisi "Atletiko"nun hücumçusunu heyətinə qatmaq üçün danışıqlara başlamağa hazırlaşır.

en ru

İspaniyanın "" klubu "Atletiko" Madridin argentinalı hücumçusu Xulian Alvaresə olan marağını davam etdirir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “El de COPE” nəşrinin məlumatına görə, Kataloniya təmsilçisi forvardı heyətinə qatmaqda israrlıdır.

Məlumata əsasən, Xulian Alvaresin özü də "Barselona"ya keçid variantına müsbət yanaşır. Bildirilir ki, argentinalı futbolçu "Atletiko" rəhbərliyi ilə görüşərək, Kataloniya klubuna olunmaq istədiyini açıqlamağı və tərəflər arasında danışıqların başlamasına şərait yaratmağı planlaşdırır.

Qeyd olunur ki, "Barselona" rəhbərliyinin transfer gündəmində digər mühüm hədəflər də yer alır. Klubun əsas prioritetlərindən birinin ""nin yarımmüdafiəçisi Rodri ilə bağlı mümkün anlaşmanı yekunlaşdırmaq olduğu bildirilir.

2025/26 mövsümündə bütün turnirlər üzrə 49 qarşılaşmada iştirak edib. Argentinalı hücumçu bu oyunlarda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının məlumatına görə, 2026-cı il dünya çempionatının gümüş mükafatçısı olan Alvaresin bazar dəyəri 120 milyon avro qiymətləndirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…