Əsas məzmuna keç

Xulian Alvaresin transferində gözlənilməz dönüş: "Atletiko" və PSJ razılaşıb

Xulian Alvaresin transferində gözlənilməz dönüş: "Atletiko" və PSJ razılaşıb

Argentinalı hücumçu "Barselona"ya keçmək istəyir, lakin Madrid klubu onu Parisə göndərməyə hazırdır.

en ru

Argentinalı Alvaresin ətrafında baş verən transfer prosesi yeni mərhələyə qədəm qoyub. J

"Operativ Məlumat Mərkəzi-OMM" jurnalist Fernando Polona istinadən xəbər verir ki, "" rəhbərliyi futbolçunun PSJ-yə keçidinə razılıq verib. təmsilçisi Paris klubunun təklifini qəbul etsə də, oyunçunun özü bu keçidə qəti şəkildə qarşı çıxır.

Məlum olub ki, 26 yaşlı forvard karyerasını yalnız ""da davam etdirmək niyyətindədir. Kataloniya təmsilçisi "Atletiko" və PSJ arasında aparılan danışıqlardan xəbərdardır, lakin bu vəziyyət klub rəhbərliyini narahat etmir.

"Göy-qırmızılılar" futbolçunun qətiyyətli mövqeyinə və transfer prosesində şəxsən iştirak etməsinə güvənərək, keçidin baş tutacağına əmindirlər.

Qeyd edək ki, "Atletiko" daha əvvəl "Barselona"nın 100 milyon avroluq təklifini qeyri-kafi hesab edərək rədd edib. Maraqlıdır ki, Madridin digər nəhəngi "Real" da futbolçu üçün 150 milyon avro təklif etsə də, rədd cavabı alıb. Hazırkı vəziyyətdə transferin taleyinin dünya çempionatından sonraya qədər qeyri-müəyyən qalacağı gözlənilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…