“Mançester Yunayted” Maurisio Poçettinonu baş məşqçi vəzifəsinə təyin edib. Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Romanonun sözlərinə görə, ABŞ Futbol Federasiyasından icazə alınıb və razılaşma artıq tamamlanıb. Poçettino müqavilənin bütün şərtlərini çərşənbə günü razılaşdırıb.
The Athletic-in məlumatına görə, argentinalı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb.
Daha əvvəl bildirilmişdi ki, “Mançester Yunayted” Poçettinonun hazırkı beynəlxalq fasilə zamanı ABŞ millisinə rəhbərlik etməsinə etiraz etməyəcək. Mütəxəssis bundan sonra klubdakı işinə başlayacaq.
ABŞ millisi noyabrın 14-də və 18-də KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsində Haiti ilə qarşılaşacaq.