Əsas məzmuna keç

Azərbaycan Dakar-2026-da 11-ci pilləyə yüksəldi

Azərbaycan Dakar-2026-da 11-ci pilləyə yüksəldi
— Foto: idman.biz

Yeniyetmələrin Yay Olimpiya Oyunlarının 13-cü yarış günündə Azərbaycan komandası bir gümüş medal qazanaraq medal sıralamasında bir pillə irəliləyib.

en ru

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının 13-cü yarış günü başa çatıb. komandası günü bir gümüş medalla tamamlayıb və ümumi medal sıralamasında bir pillə irəliləyərək 11-ci yerə yüksəlib.

Azərbaycanın aktivində üç qızıl və üç gümüş medal var. 17 qızıl, səkkiz gümüş və yeddi bürünc medalla (ümumilikdə 32 medal) liderdir. Yaponiya doqquz qızıl, səkkiz gümüş və doqquz bürünc medalla ikinci, isə səkkiz qızıl, dörd gümüş və iki bürünc medalla üçüncüdür.

Misir altı qızıl, bir gümüş və beş bürünc medalla dördüncü, Efiopiya beş qızıl və üç gümüş medalla beşinci pillədə qərarlaşıb. Oyunlarda medal qazanan ölkələrin sayı 98-ə çatıb, 79 ölkənin idmançıları qızıl medal əldə ediblər.

Azərbaycan komandasına qızıl medalları cüdoçu (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıblar. Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) gümüş medal qazanıblar.

bu gün başa çatacaq.

Kontekst

Noyabrın 11-də Azərbaycan komandası Oyunların 12-ci yarış gününü bir gümüş medalla başa vurub və medal sıralamasında 12-ci yerdə qərarlaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…