Əsas məzmuna keç

Ayxan Abbasov Lorenso Mezzoteronun milliyə dəvətindən danışıb

Ayxan Abbasov Lorenso Mezzoteronun milliyə dəvətindən danışıb
— Foto: idman.biz

Baş məşqçi “Sampdoriya”nın hücumçusunun növbəti toplanışlara çağırılmasının onun formasından asılı olacağını bildirib. Futbolçu zədə səbəbindən əvvəlki toplanışa qoşulmayıb.

en ru

millisinin baş məşqçisi “Sampdoriya”nın hücumçusu Lorenso Mezzoteronun yığmadakı gələcəyi barədə danışıb.

Abbasov bildirib ki, futbolçunu izləyiblər və Mezzotero daha əvvəl Azərbaycan millisində oynamaq istədiyini deyib. O, aşağı yaş qruplarından rəsmi dəvət alıb və U-21-də meydana çıxıb. Baş məşqçi Mezzoteronu Cəbəllütariqə qarşı oyunda canlı izlədiyini, futbolçunun klubundakı çıxışının da diqqətlərini çəkdiyini qeyd edib.

“Geniş siyahımız var idi, amma 23 futbolçunun arasından onu seçdik. Sonradan klubundan müraciət etdilər və yüngül zədəsi olduğunu bildirdilər. Biz də buna inandıq. Növbəti toplanışlarda yaxşı formada olsa, yenə dəvət alacaq. Azərbaycan millisində oynamaq istəməsə, bu onun öz qərarı olacaq. Milli formanı sevmək və ona dəyər vermək lazımdır, məcburiyyət olmamalıdır”, – Abbasov söyləyib.

Qeyd edək ki, İtaliyanın B Seriyasında çıxış edən Mezzotero zədə səbəbindən millinin düşərgəsinə qoşulmayıb.

Kontekst

Oktyabrın 7-də Mezzotero A millidə oynamağı böyük hədəflərindən biri adlandırmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…