“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatının ən yaxşı oyunçusu mükafatına namizəd göstərilib. Digər namizədlər “Sinsinnati”nin hücumameyilli yarımmüdafiəçisi Evander, “Hyuston Dinamo”nun sol cinah oyunçusu Guilherme, “Neşvill”in hücumameyilli yarımmüdafiəçisi Hani Muxtar və “Filadelfiya Yunion”un sağ cinah yarımmüdafiəçisi Kavan Sallivandır.
“Orlando Siti”nin hücumçusu Antuan Qrizmann isə ilin ən yaxşı yeni oyunçusu mükafatına namizədlər siyahısına daxil edilib.
Messi 2026-cı il MLS müntəzəm çempionatında 31 oyuna 26 qol vuraraq bombardir olub. Argentinalı futbolçu əvvəlki iki mövsümdə də çempionatın ən yaxşı oyunçusu seçilib.
“İnter Mayami” Şərq Konfransında ikinci yeri tutaraq pley-offa yüksəlib. Komanda ilk mərhələdə “Kolumbus Kru” ilə qarşılaşacaq.