Əsas məzmuna keç

Azərbaycan şahmatçıları Avropa çempionatında üç medal qazandı

Azərbaycan şahmatçıları Avropa çempionatında üç medal qazandı
— Foto: idman.biz

Nərmin Abdinova 18 yaşadək qızların yarışında qızıl medal qazanıb. Azərbaycan təmsilçiləri çempionatı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar.

en ru

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində 8-18 yaşlı şahmatçılar arasında keçirilən Avropa çempionatı başa çatıb. şahmatçıları yarışda üç medal əldə ediblər.

18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova son turda FIDE təmsilçisi Lizaveta Lyaşkeviçi məğlub edib. Bir tur əvvəl çempionluğunu təmin edən Abdinova doqquz turun hamısında qalib gələrək yarışı 9 xalla tamamlayıb.

18 yaşadək oğlanların yarışında Tunar Davudov son turda polşalı Pavel Sovinskini üstələyib. Xalını 7-yə çatdıran şahmatçı gümüş medal qazanıb. Səkkiz yaşadək qızların mübarizəsində isə Selin Məmmədova türkiyəli Eliz Karahan üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan komandası çempionatı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurub. Komandamız 42 ölkə arasında ümumi hesabda üçüncü-beşinci yerləri bölüşüb.

Kontekst

Noyabrın 2-də verilən məlumata görə, yeniyetmələr arasında Avropa çempionatının noyabrın 3-də Yunanıstanın İraklion şəhərində başlanması və Azərbaycanın yarışda 40 şahmatçı ilə təmsil olunması nəzərdə tutulurdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…