Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığma ilə müqaviləsini 2030-cu ilədək uzadıb. Bu barədə Argentina millisinin X sosial şəbəkəsindəki rəsmi səhifəsi məlumat yayıb.
Skaloni qərarla bağlı açıqlamasında əvvəlki həvəsini qoruduğunu deyib: “İlk gündə hiss etdiyim həvəs və coşqunu indi də yaşayıram, fəaliyyətimi davam etdirə bildiyim üçün şadam. Minnətdaram və bu andan etibarən yeni mərhələ başlayır”.
Skaloninin rəhbərliyi altında Argentina 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Finalda Argentina Fransa ilə qarşılaşıb və penaltilər seriyasında qələbə qazanıb.
Argentina millisi 2026-cı il dünya çempionatının finalında isə İspaniya yığmasına məğlub olub.