“İnter Mayami” MLS-in müntəzəm çempionatında “Nyu-İngland Revolyuşn”la keçiriləcək oyunun start heyətini və ehtiyat oyunçular siyahısını açıqlayıb.
Komandanın kapitanı Lionel Messi qarşılaşmaya ilk dəqiqələrdən başlayacaq. Rodriqo De Paul və Kazemiro da start heyətində yer alıblar. Luis Suares isə ehtiyat oyunçular skamyasında olacaq.
“Nyu-İngland Revolyuşn” – “İnter Mayami” oyunu noyabrın 2-də Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.