“Arsenal” İngiltərə Premyer Liqasının 9-cu turunda səfərdə “Liverpul”a 1:0 hesabı ilə qalib gəlib. Mikel Artetanın komandası bu nəticə ilə turnirin tarixində səfər oyunlarında 300-cü qələbəsini əldə edib.
“Arsenal” 1992-ci ildə əsası qoyulan Premyer Liqada bu göstəriciyə çatan ikinci klubdur. Bundan əvvəl səfərdə 300 qələbə qazanan yeganə komanda “Mançester Yunayted” olub.
Bu barədə TNT Sports məlumat yayıb.