İngiltərə Premyer Liqasının 2026/27 mövsümündə 6-cı turun oyunları keçirilib. Turun mərkəzi qarşılaşmasında turnir cədvəlinə başçılıq edən “Mançester Siti” “Liverpul”un qonağı olub və meydan sahiblərini 3:0 hesabı ilə yenib.
Cədvəldə ikinci pillədə qərarlaşan “Arsenal” isə bir gün əvvəl öz meydanında “Lids”ə 2:1 hesabı ilə qalib gəlib. Turun ən böyükhesablı qələbəsini “Çelsi” qazanıb: London təmsilçisi “Bornmut”u 5:1 hesabı ilə üstələyib.
Turun son matçında Frenk Lempardın çalışdırdığı “Koventri” “Nyukasl”ı 4:1 hesabı ilə məğlub edib. Digər qarşılaşmalarda “Aston Villa” və “Brentford” 2:2, “Mançester Yunayted” və “Tottenhem” 1:1 hesablı heç-heçə edib.
6-cı turun qalan nəticələri: “Sanderlend” – “Brayton” 0:2, “İpsviç” – “Fulhem” 2:1, “Kristal Pelas” – “Nottingem” 3:1, “Hall Siti” – “Everton” 2:2.