İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün 9-cu turunda “Liverpul” “Arsenal”ı qəbul edib. “Enfild” stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın yeganə qolunu 16-cı dəqiqədə Kay Haverts vurub. Görüşü Endryu Medlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
“Liverpul” doqquz oyundan topladığı 15 xalla turnir cədvəlinin beşinci pilləsindədir. “Arsenal” isə 24 xalla liderliyə yüksəlib.
Növbəti turda mersisaydlılar noyabrın 8-də səfərdə “Kristal Pelas”la qarşılaşacaq. “Arsenal” noyabrın 7-də “Hall Siti”ni qəbul edəcək.