İspaniya La Liqasının 2026/2027 mövsümünün 11-ci turunda “Real Madrid” səfərdə “Rasinq”i 3:0 hesabı ilə məğlub edib. Santanderdəki “Kampos de Sport de El-Sardinero” stadionunda keçirilən görüşün baş hakimi Xose Munuera Montero olub.
Kilian Mbappe 11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Cud Bellinqem 21-ci dəqiqədə madridlilərin üstünlüyünü artırıb, Yan Diomande isə 36-cı dəqiqədə fərqi üç topa çatdırıb.
Matçın 72-ci dəqiqəsində VAR-a baxışdan sonra “Real Madrid”in qapısına təyin edilən penalti qərarı ləğv olunub.
Bu qələbə ilə “Real Madrid” mövsümdəki xallarının sayını 27-yə çatdırıb. Komanda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider “Barselona”dan üç xal geri qalır. 11 xalı olan “Rasinq” 16-cı yerdədir.