“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 10-cu turunda “Barselona” ilə keçirilən oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.
Barselonadakı “Spotify Kamp Nou” stadionunda baş tutan görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mbappe matçda iki qol vurub.
Fransalı futbolçu oyundan çəkilmiş bir neçə şəkil əlavə edərək paylaşımına “Ehtiras” sözünü yazıb.