MLS-də “İnter Mayami” “Sinsinnati”ni qəbul edib. Mayamidəki “Nu Stadium”da keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Matçda hesabı 61-ci dəqiqədə Luis Suares açıb. “Sinsinnati” 80-ci dəqiqədə Mboma Demin qolu ilə tarazlığı bərpa edib, 86-cı dəqiqədə Cidinin qolu ilə önə keçib.
“İnter Mayami” 90-cı dəqiqədə Fillipinin qolu sayəsində hesabı bərabərləşdirib. Lionel Messi bu görüşdə fərqlənməyib.
Qarşılaşma oktyabrın 28-dən 29-na keçən gecə keçirilib.