Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri “Qızıl top”un 2026-cı il təqdimetmə mərasimində “Barselona”nın hücumçusu Lamine Yamal barədə etdiyi zarafata görə gələn tənqidlərə münasibət bildirib.
İspaniyalı futbolçu ardıcıl üçüncü dəfə Kopa kubokunu qazandıqdan sonra Anri zarafatla ondan bu mükafatı həqiqətən qazanmaq istəyib-istəmədiyini soruşub. Bununla o, “Qızıl top”a işarə edib. Əsas fərdi mükafatı isə “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn qazanıb. Yamal gülərək “Mən onların hamısını qazanmaq istəyirəm!” cavabını verib.
Bu epizod sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Anrinin gənc futbolçuya “yerini göstərməyə” çalışdığını düşünüblər. Fransalı futbolçu sosial şəbəkələrdən birində yayımlanan videoda bu ehtimalları rədd edib.
“Heç də onun qüruruna toxunmağa və ya yerini göstərməyə çalışmırdım. Mən Lamine Yamalın böyük pərəstişkarıyam. Zarafatımın xoşunuza gəlmədiyini başa düşürəm, amma mənə etmədiyim niyyətləri aid etməyin. Bu, oyununa baxmaq üçün pul ödəməyə hazır olduğum futbolçulardandır. Ona heyranam”, – Anrinin sözlərini Footmercato yayıb.
“Qızıl top”un 2026-cı il səsverməsində Yamal üçüncü yeri tutub. Onu “Bavariya”nın hücumçusu Harri Keyn və “Real Madrid”in hücumçusu Kilian Mbappe qabaqlayıb.