Oktyabrın 28-də İtaliya A Seriyasının 9-cu turu çərçivəsində “Cenoa” “Yuventus”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Cenoa”nın müdafiəçisi Kinqsli Ehizibue 12-ci dəqiqədə hesabı açıb. 28-ci dəqiqədə yarımmüdafiəçi Tommazo Baldantsi fərqi iki topa çatdırıb.
“Cenoa” ardıcıl ikinci dəfə qapısını toxunulmaz saxlayaraq qalib gəlib. Genoa təmsilçisi 10 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Doqquz oyun keçirən “Yuventus”un 14 xalı var və komanda səkkizinci yerdədir.
A Seriyasının növbəti turunda “Cenoa” noyabrın 1-də səfərdə “Leççe” ilə qarşılaşacaq. Həmin gün “Yuventus” doğma meydanda “Napoli”ni qəbul edəcək.