“Yuventus”un baş məşqçisi Luçano Spalletti komandanın xarakter çatışmazlığı ilə bağlı səsləndirilən fikirlərə cavab verib.
Turin klubu oktyabrın 11-də İtaliya A Seriyasının 6-cı turu çərçivəsində “Kalyari”nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
“Yuventus”un xarakteri çatışmır? Bunun mənə nə aidiyyəti var? Komandanın potensialını daha yaxşı üzə çıxarmağı öyrənməliyəm. İşimizə tam bağlı olmalıyıq”, – deyə Spallettinin sözlərini jurnalist Nikolo Skira çatdırıb.