Əsas məzmuna keç

Azərbaycandan Moskvaya gediş QADAĞAN EDİLDİ - SƏBƏB

Azərbaycandan Moskvaya gediş QADAĞAN EDİLDİ - SƏBƏB

Rusiya hava məkanındakı uçuş məhdudiyyətləri AZAL reyslərini iflic etdi: Sankt-Peterburq və Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirilən təyyarələrin aqibəti.

en ru

Hava Yollarının 9 oktyabr tarixinə planlaşdırılan J2-185/J2-186 nömrəli –Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib.

Bildirilib ki, hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb.

“Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Beynəlxalq Aeroportuna geri qayıdıb. Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti uçuşların icrasına da təsir göstərib. Bu səbəbdən müvafiq marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb. Azərbaycanın milli aviadaşıyıcısı vəziyyəti operativ şəkildə izləyir və sərnişinlərə zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər həyata keçirir. Uçuş cədvəlində baş verən dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar. Azərbaycan Hava Yolları üçün sərnişinlərin və uçuşların təhlükəsizliyi əsas prioritet olaraq qalır. Bütün əməliyyat qərarları mövcud şərait və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir”, - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…