“Real Madrid” ispaniyalı motosürücü Mark Markesi MotoGP üzrə dünya çempionu titulunu qazanması münasibətilə təbrik edib. Klub bununla bağlı sosial şəbəkələrdə paylaşım edib.
“Mark Markesi MotoGP üzrə yeni dünya çempionluğu münasibətilə təbrik edirik. Bu, tarixi nailiyyət və İspaniya idmanı üçün qürurverici hadisədir. Təbriklər, çempion!” – klubun mətbuat xidməti X hesabında yazıb.
“Dukati”nin zavod komandasında çıxış edən 33 yaşlı Markes 2026-cı il mövsümünün 21-ci mərhələsi olan Portuqaliya Qran-prisindən sonra vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. Bu, onun karyerasında 8-ci dünya çempionluğu tituludur.