Əsas məzmuna keç

Mourinyodan Arda Gülər ​​ilə bağlı həlledici qərar!

Mourinyodan Arda Gülər ​​ilə bağlı həlledici qərar!

İspaniya mətbuatı Kylian Mbappenin duran toplardan kənarlaşdırıldığını yazır. Trent Alexander-Arnold və Brahim Diazı geridə qoyan Arda Gülərin yeni rolu nədir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“”də duran topları kimin yerinə yetirəcəyi ilə bağlı müzakirələrə son qoyulub. Baş məşqçi Joze Mourinyonun bu məsələdə Gülərə üstünlük verdiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"“Defensa Central”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis duran toplardan daha çox səmərə əldə etmək üçün komandadakı vəzifə bölgüsünü dəyişib.

Məlumata görə, Arda “Real Madrid”də cərimə zərbələri və künc zərbələrini yerinə yetirəcək futbolçular siyahısında birinci sıraya yerləşdirilib.

millisinin üzvündən sonra bu vəzifə üçün Alexander-Arnold, Bernardo Silva və Brahim Diaz müəyyənləşdirilib.

Arda Güler

Mbappe yalnız penaltiləri yerinə yetirəcək

Duran toplarla bağlı müzakirələr “Real Madrid”in son matçında daha da gündəmə gəlib.

Madrid təmsilçisi derbidə “Atletiko Madrid”ə 1:2 hesabı ilə məğlub olub. Arda Gülər qarşılaşmanın 54-cü dəqiqəsində əvəzlənəndən sonra künc və cərimə zərbələrini Kylian Mbappe yerinə yetirib.

Lakin fransalı hücumçunun bu epizodlarda effektiv ola bilməməsi tənqidlərə səbəb olub.

İspaniya mətbuatında yayılan məlumata görə, yeni bölgüdən sonra Mbappe duran toplarda yalnız penaltiləri yerinə yetirəcək.

“Real Madrid”in yeganə qolu duran topdan gəlib

Maraqlı məqam ondan ibarətdir ki, “Atletiko Madrid”ə qarşı oyunda “Real Madrid”in yeganə qolu da duran topdan sonra vurulub.

82-ci dəqiqədə meydana daxil olan Bernardo Silvanın yerinə yetirdiyi duran topdan sonra Madrid klubunun futbolçuları hesabı 1:2-yə çatdırıblar.

Bu nəticəyə baxmayaraq, komandanın duran toplardan kifayət qədər səmərəli istifadə edə bilməməsi ilə bağlı müzakirələr davam edib.

Arda Güler, Real Madrid ile sözleşme yenilemeye hazırlanıyor @ Mackolik.com

Arda Gülərin əsas heyətdəki mövqeyi möhkəmlənir

“Defensa Central”ın məlumatına görə, Arda Gülər son oyunlardakı performansı ilə əsas heyətdəki yerini möhkəmləndirib.

Türkiyə millisinin futbolçusunun milli komandalar üçün yaranan fasilədən sonra “Real Madrid”in start heyətində daha çox meydana çıxacağı gözlənilir.

Arda Gülər bu mövsüm İspaniya klubunun heyətində 7 oyunda 349 dəqiqə meydanda olub.

Bu qarşılaşmalarda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan futbolçu ümumilikdə 4 qola birbaşa töhfə verib.

Beləliklə, Mourinhonun Arda Güləri duran toplar üzrə ilk seçim kimi müəyyənləşdirdiyi barədə məlumat Türkiyə millisinin üzvünün “Real Madrid”dəki rolunun daha da artacağı gözləntilərini gücləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…