Əsas məzmuna keç

Türkiyə millisi Venesuelanı məğlub etdi

Türkiyə millisi Venesuelanı məğlub etdi

ABŞ-nin Florida ştatında baş tutan qarşılaşmada Arda Gülər və Yunus Akgünün parlaq oyunu sayəsində ay-ulduzlular 2026-cı il Dünya Çempionatına hazırlığı uğurla davam etdirir.

en ru

2026-cı il Dünya Çempionatına hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxan millisi Venesuela üzərində 2:1 hesablı qələbə qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ-nin Florida ştatında yerləşən “İnter Mayami” stadionunda keçirilən qarşılaşmada hesabı ilk açan tərəf Venesuela olub.

Oyunun 13-cü dəqiqəsində Eduardo Mendoza fərqlənərək komandasını önə keçirib.

Türkiyə yığması isə ilk hissənin sonlarında bərabərlik qolunu vurmağı bacarıb. 44-cü dəqiqədə Gülərin künc zərbəsindən sonra yaranan qarışıqlıq zamanı top qapıya daxil olub və hesab bərabərləşib.

Fasilədən sonra daha fəal çıxış edən türklər qələbə qolunu 54-cü dəqiqədə vurublar. Arda Gülərin ötürməsindən sonra Akgün uzaq məsafədən dəqiq zərbə ilə komandasını hesabda önə çıxarıb.

Matçın qalan hissəsində hər iki komandanın qol imkanları olsa da, hesab dəyişməyib və Türkiyə meydanı 2:1 hesablı qələbə ilə tərk edib.

Qeyd edək ki, Türkiyə millisi bundan əvvəl İstanbulda keçirilən yoldaşlıq görüşündə Şimali Makedoniyanı 4:0 hesabı ilə məğlub etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…