Əsas məzmuna keç

AFFA: Bədavi Hüseynovun adı Andorra ilə oyunun protokolunda olub

AFFA: Bədavi Hüseynovun adı Andorra ilə oyunun protokolunda olub
— Foto: idman.biz

Azərbaycan millisi Andorra ilə keçirdiyi beynəlxalq yoldaşlıq görüşündə 3:1 hesabı ilə qalib gəlib. Matçdan sonra Bədavi Hüseynovun iştirak ərizəsində adı...

en ru

Andorra ilə keçirdiyi beynəlxalq yoldaşlıq görüşündə 3:1 hesabı ilə qalib gəlib.

Matçdan sonra Bədavi Hüseynovun iştirak ərizəsində adı olmadığı halda meydana çıxması ilə bağlı xəbərlər yayılıb. Həmin məlumatlarda millisinə texniki məğlubiyyət verilə biləcəyi bildirilib.

AFFA-nın mətbuat katibi Aida Əliyeva məsələ ilə bağlı açıqlamasında Bədavi Hüseynovun adının UEFA-nın rəsmi platformasında yayımlanan Andorra – Azərbaycan oyununun protokolunda yer aldığını deyib.

Əliyevanın sözlərinə görə, AFFA-ya qarşılaşma ilə əlaqədar qayda pozuntusu və ya texniki məğlubiyyət ehtimalı barədə rəsmi müraciət daxil olmayıb.

Qurum rəsmisi bu cür xəbərlərin ilə dəqiqləşdirilmədən və qurumun mövqeyi öyrənilmədən ictimaiyyətə təqdim olunmasını təəssüflə qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…