Əsas məzmuna keç

Emin Mahmudov “Neftçi” və Azərbaycan millisini seçməklə doğru qərar verdiyini deyib

Emin Mahmudov “Neftçi” və Azərbaycan millisini seçməklə doğru qərar verdiyini deyib
— Foto: idman.biz

Azərbaycan millisinin kapitanı Emin Mahmudov Andorra ilə oyundan sonra yığmada keçirdiyi illər və karyera seçimi barədə danışıb. O, millidə oynamaqdan qürur duyduğunu bildirib.

en ru

millisinin kapitanı və yarımmüdafiəçisi Andorra ilə yoldaşlıq görüşündən sonra fikirlərini bölüşüb. Yığmamız həmin matçda 3:1 hesabı ilə qalib gəlib.

Mahmudov millidə çıxış etməyin onun üçün qürurverici olduğunu deyib. O, yığmada daha yaxşı nəticələr əldə etməyi arzuladığını, yaxşı və pis məqamların yaşandığını bildirib. Futbolçunun sözlərinə görə, komanda Andorra ilə oyunun ikinci hissəsində daha yaxşı çıxış edib, amma ümumilikdə daha yaxşı oynaya bilərdi.

“Millidən ayrılmaq nə qədər ağır olsa da, bu, həm də nəyinsə başlanğıcıdır”, – deyə Mahmudov sport24.az-a açıqlamasında qeyd edib.

Peşəkar karyerasına Rusiyada başlayan yarımmüdafiəçi “”ni və Azərbaycan millisində oynamağı seçməklə doğru qərar verdiyini vurğulayıb. O, Andorra ilə görüşdə meydanı tərk etdikdən sonra komandanın penalti qazanmasına görə məyus olmadığını, əsas məqsədin qələbə olduğunu söyləyib. Mahmudov komanda yoldaşlarının ona meydanda daha çox top ötürməyə çalışdıqlarını qeyd edərək onlara təşəkkür edib və kollektivin əsl ailə kimi olduğunu deyib.

Emin Mahmudov 16 qolla Azərbaycan millisinin tarixinin bombardiridir.

Kontekst

Xatırladaq ki, noyabrın 16-da Emin Mahmudov Andorra ilə oyundan sonra Azərbaycan millisindəki karyerasını başa vuracağını açıqlamışdı. O, qərarını səfərlərin yorğunluğu və ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə əlaqələndirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…