“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının XII turunda “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Mütəxəssis güclü rəqibə qarşı oynadıqlarını deyib. Onun sözlərinə görə, “Kəpəz” ilk hissədə real qol fürsətləri yaradıb və bu imkanlardan yararlansaydı, “Qarabağ”a qalib gələ bilərdi.
“Bu gün çox güclü komandaya qarşı oynadıq. “Qarabağ” Azərbaycan futboluna böyük töhfələr verib. Görüşün ədalətli nəticəsi heç-heçə idi. Komandamız ən yaxşı oyunlarından birini göstərdi”, – Azər Məmmədov bildirib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Kontekst
Noyabrın 16-da açıqlanan məlumata görə, “Kəpəz” və “Qarabağ”ın XII tur çərçivəsindəki oyunu noyabrın 22-nə təyin edilmişdi. Görüşün saat 17:00-da başlanması nəzərdə tutulurdu.