Misli Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 22-də “Kəpəz” və “Qarabağ” komandaları qarşılaşacaq. Oyunun biletləri satışa çıxarılıb.
Biletlərin qiymətləri dəyişməyib: 2, 3, 5, 10 və 20 manat. Azarkeşlər onları iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionunun kassalarından əldə edə bilərlər.
Görüş saat 17:00-da başlayacaq.
Kontekst
Noyabrın 6-da “Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra komandasının “Qarabağ”la görüşə qələbə üçün çıxacağını bildirmişdi.