UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda keçiriləcək “Sabah” – “Barselona” oyunu üçün indiyədək 50 min bilet satılıb.
Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Satılan biletlərin sayına paket biletlər də daxildir.
Dörd turdan sonra “Barselona” 9 xalla turnir cədvəlinin beşinci, “Sabah” isə 3 xalla 31-ci pilləsində qərarlaşıb.
Matç noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.