Əsas məzmuna keç

“Barselona” 15 oyunda 60 qol vuraraq son 100 ilin rekorduna imza atıb

“Barselona” 15 oyunda 60 qol vuraraq son 100 ilin rekorduna imza atıb
— Foto: Report.az

Hans-Diter Flikin rəhbərlik etdiyi komanda cari mövsümdə keçirdiyi 15 rəsmi matçda 60 qol vurub. “Barselona” bu göstəriciyə UEFA Çempionlar Liqasının IV turunda “Aston Villa”nı 3:0 hesabı ilə məğlub etməklə çatıb.

en ru

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “” cari mövsümdə keçirdiyi 15 rəsmi matçda 60 qol vuraraq son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb. Kataloniya təmsilçisi bu nəticəni baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında gerçəkləşdirib.

Klubun rəsmi saytına istinadən verilən məlumata görə, “Barselona” UEFA Çempionlar Liqasının IV turunda “”ya 3 cavabsız qol vuraraq 60 qol həddinə çatıb. Qollardan birini Lamin Yamal, ikisini isə Rafinya vurub.

Kataloniya klubu oxşar göstəriciyə sonuncu dəfə 100 il əvvəl, 1926/1927 mövsümündə nail olub. Həmin vaxt Cek Dombi və Roma Fornsun baş məşqçiliyi altında komanda ilk 15 rəsmi matçında 69 qol vurub.

“Barselona” həmin dövrdə “Qrasiya”nı 10:2, “Sabadell”i 7:0, “Terrassa”nı isə 9:0 hesabı ilə məğlub edib.

“Sabah” – “Barselona” matçı noyabrın 25-də Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…