Əsas məzmuna keç

Bu hallarda tibbi sığorta xərcləri dövlət büdcəsindən ödəniləcək

Bu hallarda tibbi sığorta xərcləri dövlət büdcəsindən ödəniləcək

Hərbi və fövqəladə vəziyyətlərdə tibbi sığorta xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Bu barədə məsələ "Tibbi sığorta haqqında" qanuna...

en ru

Hərbi və fövqəladə vəziyyətlərdə xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məsələ "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Belə ki, dəyişikliyə əsasən, hərbi vəziyyət və fövqəladə vəziyyət elan olunması ilə əlaqədar, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi hallarda tibbi xidmətlərə olan tələbatın kəskin artması nəticəsində tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsində çatışmazlığı olduqda müvafiq xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər.

İcbari tbbi sığorta fondunun növbəti il üçün gəlirlərinin proqnozlaşdırılması zamanı fondun cari ilin sonuna proqnozlaşdırılan profisiti xərcləri maliyyə təminatı kimi nəzərə alınacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…