Əsas məzmuna keç

DPA: “Sabah” – “Borussiya” oyununda 55 minə yaxın azarkeş gözlənilir

DPA: “Sabah” – “Borussiya” oyununda 55 minə yaxın azarkeş gözlənilir
— Foto: idman.biz

Almaniyanın DPA agentliyi “Sabah”ın ölkə çempionatındakı və Çempionlar Liqasındakı oyunlarına tamaşaçı marağındakı fərqdən yazıb. “Welt”dəki məqaləyə görə, Bakı Olimpiya Stadionunda Dortmund klubu ilə görüşü 55 minə yaxın azarkeş izləyə bilər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Almaniyanın DPA agentliyi “Sabah” və Dortmund “Borussiya”sı arasında keçiriləcək UEFA Çempionlar Liqası matçına maraq barədə material hazırlayıb. “Welt”də dərc olunan məqalədə klublararası oyunlara tamaşaçı sayındakı fərqə diqqət çəkilib.

DPA-nın məlumatına görə, “Sabah”ın ölkə çempionatındakı ev oyunlarını bir mövsümdə ümumilikdə təxminən 40 min azarkeş izləyir. Masazırda keçirilən qarşılaşmalara əsasən 1000-1500 tamaşaçı gəlir. “Borussiya” ilə oyunda isə tribunaları 55 minə yaxın azarkeşin dolduracağı gözlənilir.

Çempionlar Liqasında “Sabah” rəqiblərini təxminən 68 min nəfərlik Olimpiya Stadionunda qəbul edir. DPA xatırladıb ki, arena 2021-ci ilin yayında AVRO-2020-nin dörd oyununa ev sahibliyi edib və xarici görünüşünə görə Münhendəki “Allianz Arena” ilə müqayisə olunub.

Əvvəlki oyun və məşqçinin fikirləri

Agentlik “Sabah”ın “Slaviya”ya 2:0 hesabı ilə qalib gəldiyi görüşü də qeyd edib. Matçı stadiondan təxminən 30 min tamaşaçı izləyib. “Borussiya” ilə qarşılaşmada bu göstəricinin, demək olar ki, iki dəfə artacağı gözlənilir.

Dortmund klubunun baş məşqçisi Niko Kovaç oyunöncəsi məşqdən sonra “Sabah”ın azarkeş dəstəyinə arxalana biləcəyini deyib: “Bu komanda burada, şübhəsiz ki, böyük dəstək görəcək”. Azərbaycana ikinci səfəri barədə isə “Gözəl ölkədir. Hər kəsə tövsiyə edə bilərəm. Burada olmaq xoşdur”, – söyləyib.

DPA Bakıda Çempionlar Liqası oyunlarının miqyasını və tamaşaçı marağını milli komandaların görüşləri ilə müqayisə edib. “Sabah”dan bildirilib ki, bilet satışı ilkin gözləntiləri və planlaşdırılan göstəriciləri xeyli üstələyib. Məqalədə noyabrın 25-də “Barselona”nın da Bakıya gələcəyi xatırladılıb.

“Sabah” – “Borussiya” oyunu oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…