Əsas məzmuna keç

Kredit götürən şəxsin borcunu sığorta şirkəti ödəyə bilər? - ARAŞDIRMA

Kredit götürən şəxsin borcunu sığorta şirkəti ödəyə bilər? - ARAŞDIRMA

Bank eksperti Emin Kərimov bildirib ki, ipoteka və istehlak borclarında ölüm, əlillik və ya işsizlik zamanı ödənişləri sığorta şirkəti qarşılaya bilər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Vətəndaşlar banklardan götürərkən çox vaxt kredit öhdəliklərinin sığortalanması məsələsi ilə qarşılaşırlar. İpoteka və ya istehlak kreditləri zamanı həyat və əmlak sığortasının rəsmiləşdirilməsi müştərinin gələcəkdə yarana biləcək gözlənilməz hallardan qorunması məqsədi daşıyır. Lakin bir çox hallarda müqavilə şərtləri ilə yaxından tanış olmamaq sonradan vətəndaşlarla sığorta şirkətləri arasında ciddi narazılıqlara və məhkəmə çəkişmələrinə gətirib çıxarır.

Bəs kredit sığortası hansı halları əhatə edir və müqavilə imzalayarkən nəyə diqqət yetirmək lazımdır?

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən bank eksperti bildirib ki, kredit sığortasının əsas məntiqi şəxsin kredit öhdəliyinin sığortalanmasıdır:

"Şəxs kredit götürərkən paralel olaraq sığorta müqaviləsi də imzalayır. , ipoteka kreditində həm həyat, həm də əmlak sığortası mövcuddur. Həyat sığortasında ölüm halı, 1-ci, 2-ci və 3-cü qrup əlilliyin qazanılması, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi kimi hallar qeyd olunur. Lakin burada xroniki və ya onkoloji xəstəliklər kimi istisnalar da ola bilər. Sığorta şirkəti kredit öhdəliyini öz təminatına götürür və sığorta hadisəsi baş verdikdə — məsələn, şəxs vəfat etdikdə və ya əlillik aldıqda — ödəniş qabiliyyətinin itirilməsi səbəbindən borcun tam və ya müəyyən hissəsinin (məsələn, 60-70%-nin) ödənilməsini öz üzərinə götürür".

Kredit götürən şəxsin borcunu sığorta şirkəti ödəyə bilər? - ARAŞDIRMA

Ekspert vaxtından əvvəl bağlanan kreditlər üzrə sığorta haqlarının geri qaytarılması imkanına da toxunub:

"Məsələn, şəxs 24 aylıq kredit götürüb, lakin 9-10 ay ərzində tam bağlayır. Belə olan halda müştəriyə iki seçim verilir: ya sığorta müqaviləsini qüvvədə saxlayır, ya də istifadə olunmamış müddət üzrə ödənilmiş sığorta haqqının müəyyən hissəsini geri tələb edib ala bilir".

Emin Kərimov kredit sığortası bazarındakı yeniliklərdən və tətbiq edilən tariflərdən də söhbət açıb:

"Sığorta ödənişinin hansı faizlə həyata keçirilməsi seçilən tarif paketindən və ödənilən sığorta haqqından asılıdır. Məsələn, müəyyən məbləğ ödəməklə kreditin 100%-ni, daha az məbləğlə isə 80% və ya 60%-ni sığortalamaq mümkündür. Hətta hazırda işsizlikdən sığortanın tətbiqi və sığorta örtüyünün verilməsi də planlaşdırılır ki, bu da çox müsbət məqamdır. Məsələn, şəxs övlada təhsil haqqı üçün kredit götürür, lakin iki ay sonra işini itirir. İşsizlik sığortası sayəsində kredit tarixçəsi korlanmadan sığorta şirkəti onun əvəzinə aylıq ödənişləri icra edir və ya krediti bağlayır. Bu kimi məhsullar həm bank, həm də sığorta şirkəti tərəfindən razılaşdırıldıqdan sonra bazara çıxarılır".

Mütəxəssis müqavilə imzalanarkən vətəndaşların diqqətli olmasının vacibliyini xüsusi vurğulayıb:

"Bəzi hallarda müştərilər sığortadan imtina edirlər ki, bu da gələcəkdə problemli kreditlərin yaranmasına yol açır. Lakin ən böyük problem vətəndaşların sığorta müqaviləsinin şərtləri ilə tanış olmadan imza atmalarıdır. Şəxs sığortalandığına arxayın olur, lakin hadisə baş verəndə məlum olur ki, həmin hal müqavilənin sığorta örtüyünə daxil deyil. Bu da müştəri ilə sığorta şirkəti arasında ciddi narazılığa və bütövlükdə sığorta sisteminə mənfi rəy formalaşmasına səbəb olur. Vətəndaşlar sığorta müqaviləsi imzalayarkən hansı halların sığortalandığını, neçə faiz ödəniş ediləcəyini və françayza məbləğlərini ciddi şəkildə araşdırmalı, qaranlıq qalan məqamları mütəxəssisdən soruşmalıdırlar. Bəri başdan şərtlərlə dəqiq tanış olmaq sonradan yaranacaq narazılıqların və məhkəmə çəkişmələrinin qarşısını alacaq".

Kalkulyator

Kreditin aylıq ödənişini, ümumi faizini və komissiya ilə faktiki illik faizini (FİFD) hesablayın.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…