“Borussiya Dortmund” UEFA Çempionlar Liqasında “Sabah”la keçiriləcək səfər oyunu öncəsi azarkeşləri üçün təlimat yayımlayıb.
Almaniya klubu Bakı Olimpiya Stadionunda qonaq azarkeşlərə ayrılmış sektorlar və təhlükəsizlik tədbirləri barədə məlumat verib.
Azarkeşlər üçün qaydalar
Klubun açıqlamasına görə, Dortmund təmsilçisinin azarkeşləri stadionun 308 və 309-cu sektorlarında yerləşdiriləcək. Qonaq azarkeşlər üçün giriş qapıları saat 17:45-də açılacaq.
Qarşılaşma başa çatdıqdan sonra təhlükəsizlik məqsədilə azarkeşlərin qonaq sektorlarından çıxışı təxminən 20 dəqiqə gecikdirilə bilər.
Gənclər Liqasının oyunu
“Borussiya Dortmund” UEFA Gənclər Liqasında keçiriləcək “Sabah” – “Borussiya Dortmund” matçı barədə də məlumat yayıb. Oktyabrın 20-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq görüş saat 15:00-da başlayacaq. Azarkeşlər qarşılaşmanı tribunadan ödənişsiz izləyə biləcəklər.
Əsas komandaların UEFA Çempionlar Liqasındakı oyunu da oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək.