“Sabah”ın UEFA Çempionlar Liqasında “Slaviya” ilə keçirəcəyi oyunu avstriyalı hakimlər briqadası idarə edəcək. Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşün baş hakimi Sebastian Qişamer olacaq.
Zalsburqdan olan referinin həmin gün 38 yaşı tamam olacaq. Bu, onun Çempionlar Liqasında ikinci təyinatıdır. Qişamer turnirdə ilk matçını ötən ilin noyabrında “Qarabağ”la “Çelsi” arasında keçirilən oyunda idarə edib.
Həmin qarşılaşmada olduğu kimi, bu dəfə də yan xətt hakimləri Roland Ridel və Santino Şrayner olacaq. Dördüncü hakim vəzifəsini Valter Altmann yerinə yetirəcək. Videotəkrar sisteminə Alan Kiyas və Yozef Spurni nəzarət edəcəklər. Briqadanın bütün üzvləri Avstriyadandır.
“Sabah” – “Slaviya” oyunu saat 20:45-də başlayacaq. Bakı klubu əsas mərhələnin ilk turunda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.