Əsas məzmuna keç

Akim Zedadkanın zədəsinin ağırlığı bu gün bəlli olacaq

Akim Zedadkanın zədəsinin ağırlığı bu gün bəlli olacaq
— Foto: idman.biz

“Sabah”ın futbolçusu Akim Zedadka UEFA Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə oyunun 76-cı dəqiqəsində zədələnib. Onun durumu bu gün keçiriləcək müayinədən sonra bəlli olacaq.

en ru tr

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakıda “”ya 1:4 hesabı ilə məğlub olub. Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 76-cı dəqiqəsində zədələnən Akim Zedadkanı Tellur Mütəllimov əvəzləyib.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov futbolçunun vəziyyətinə bu gün keçiriləcək müayinədən sonra aydınlıq gələcəyini bildirib.

Bakı təmsilçisi növbəti turda dekabrın 8-də səfərdə İspaniyanın “Vilyareal” komandası ilə qarşılaşacaq. “Sabah” üç xalla turnir cədvəlinin 33-cü pilləsindədir. “Barselona” 12 xalla dördüncü sırada qərarlaşıb.

“Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə uduzub, ikinci turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, dördüncü turda isə Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…