UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda bu gün “Sabah” və “Barselona” komandaları qarşılaşacaq. Oyun üçün satılan biletlərin sayı açıqlanıb.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun sözlərinə görə, paket satışlar da nəzərə alınmaqla, matça indiyədək 66 min bilet satılıb.
“Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub. Komanda ikinci turda Praqa “Slaviya”sını 2:0 hesabı ilə məğlub edib, üçüncü turda “Borussiya Dortmund”a 1:2, dördüncü turda isə “Vikinq”ə 1:4 hesabı ilə yenilib.
Turnir cədvəlində “Barselona” səkkizinci, “Sabah” isə 30-cu pillədə qərarlaşıb.
Kontekst
Noyabrın 23-də açıqlanan məlumata görə, həmin qarşılaşma üçün 62 min bilet satılmışdı. Hazırda bu göstərici 66 minə çatıb.