UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la “Barselona” arasında keçirilən oyunu izləmək üçün Rusiyadan Bakıya gələn azarkeş Bakı Olimpiya Stadionunda vəfat edib.
Hadisə qarşılaşmanın ikinci hissəsində qeydə alınıb. Tribunadan oyunu izləyən, Rusiyanın Krasnoyarsk diyarından olan 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib və o, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunması üçün morqa təhvil verilib. İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Sabah” ötən gün Çempionlar Liqasının beşinci turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi üç xalla turnir cədvəlinin 33-cü pilləsindədir.