Əsas məzmuna keç

“Sabah” – “Barselona” matçına görə metro saat 01:00-a qədər işləyəcək

“Sabah” – “Barselona” matçına görə metro saat 01:00-a qədər işləyəcək
— Foto: idman.biz

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna görə Bakı metrosunun Qırmızı xəttində iş vaxtı bir saat uzadılacaq. Xəttin bütün stansiyaları noyabrın 25-dən 26-na keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

en ru

UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah”ın “” ilə oyunu ilə əlaqədar noyabrın 25-də metropoliteninin Qırmızı xəttində (M1) iş rejimi dəyişdiriləcək.

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, “Sabah” klubunun müraciəti və Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya gözlənilən azarkeş marağı nəzərə alınaraq, xəttin iş vaxtı bir saat uzadılacaq. Azarkeşlərin mənzilbaşına rahat çatması üçün bütün stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Stansiyalarda nəzarət tədbirlərini gücləndirmək üçün əlavə işçi qüvvəsi cəlb ediləcək. Matçdan sonra qatarların hərəkət qrafiki “Koroğlu” stansiyasındakı tələbat və sərnişin axınına uyğun tənzimlənəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərin iş rejimi dəyişməyəcək. Gün ərzində qatarlar payız-qış cədvəlinə uyğun hərəkət edəcək. “Sabah” – “Barselona” görüşü Bakı Olimpiya Stadionunda saat 21:45-də başlayacaq.

Kontekst

Noyabrın 20-də “Barselona”nın “Sabah”la oyundan əvvəl noyabrın 23-ü axşam saatlarında Bakıya gələcəyi açıqlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…