Əsas məzmuna keç

Azərbaycan gimnastları Daşkənddə 10 medal qazandılar

Azərbaycan gimnastları Daşkənddə 10 medal qazandılar
— Foto: idman.biz

Azərbaycan idman gimnastikası komandası “Velvet Road” beynəlxalq turnirini üç qızıl, üç gümüş və dörd bürünc medalla başa vurub.

en ru

Azərbaycanın idman gimnastikası üzrə təmsilçiləri noyabrın 16-dan 22-dək Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində 10 medal qazanıblar. Komandanın aktivində üç qızıl, üç gümüş və dörd bürünc mükafat var.

Kişilərin yarışında Rəsul Əhmədzadə dəstəli at hərəkətlərində ikinci yeri tutaraq gümüş medal əldə edib. Qadınların çoxnövçülük üzrə komanda yarışında Dəniz Əliyeva, Nazənin Teymurova və Aynaz Məcidzadədən ibarət komandası birinci olub.

Fərdi çoxnövçülükdə Dəniz Əliyeva qızıl, Nazənin Teymurova bürünc medal qazanıb. Gənclər arasında bu proqramda çıxış edən Lalə Zamanlı ikinci yeri tutub. Ayrı-ayrı alətlər üzrə Dəniz Əliyeva müxtəlif hündürlüklü qollarda qızıl, dayaqlı tullanmada bürünc medala sahib çıxıb. Nazənin Teymurova dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda isə bürünc medal qazanıb. Gənclərin yarışında Leyla Məmmədzadə müxtəlif hündürlüklü qollarda üçüncü olub.

Dəniz Əliyeva iki fərdi qızıl, bir fərdi bürünc və bir komanda qızılı olmaqla turnirdə dörd medal qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…