Əsas məzmuna keç

Azərbaycanın beş cüdoçusu Daşkənddə fərdi yarışların son günündə çıxış edəcək

Azərbaycanın beş cüdoçusu Daşkənddə fərdi yarışların son günündə çıxış edəcək
— Foto: idman.biz

Gənclər arasında dünya çempionatının fərdi yarışlarında bu gün Azərbaycanın beş idmançısı mübarizə aparacaq. İlkin görüşlər Bakı vaxtı ilə saat 08:00-da, final bloku isə 16:00-da başlayacaq.

en ru

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında bu gün fərdi yarışlara yekun vurulacaq. Azərbaycanın beş təmsilçisi son yarış günündə medallar uğrunda mübarizəyə qoşulacaq.

90 kq çəki dərəcəsində Süleyman Şükürov və Aslan Kotsoyev çıxış edəcəklər. Gənclər arasında ikiqat Avropa çempionu Şükürov ilk mərhələdən azaddır və 1/16 finalda Nikolas Zadvinski () – İnomjon Baxodirov (Özbəkistan) görüşünün qalibi ilə qarşılaşacaq. Kotsoyev isə 1/32 finalda özbəkistanlı Dilşod Naşirovla üz-üzə gələcək.

100 kq-da Davud Namazlı 1/16 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetovla, Canpolad isə 1/32 finalda ukraynalı İvan Harmaşla qarşılaşacaq. 100 kq-dan yuxarı çəki dərəcəsində Ramazan Əhmədov 1/16 finalda monqolustanlı Temuulen Munxçuluunla mübarizə aparacaq.

İlkin mərhələnin görüşləri vaxtı ilə saat 08:00-da, final bloku isə saat 16:00-da başlayacaq. ilk iki yarış gününü bir bürünc medalla başa vurub. 66 kq çəki dərəcəsində Məhəmməd Musayev bu mükafatı qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…