Əsas məzmuna keç

Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib

Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib
— Foto: idman.biz

Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatında Azərbaycan 14 cüdoçu ilə təmsil olunacaq. Yarışın fərdi mərhələsi noyabrın 19-dan 21-dək keçiriləcək.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

cüdoçularının Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib. Turnir noyabrın 19-dan 22-dək keçiriləcək.

Azərbaycan fərdi yarışlarda 10 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq: 9 oğlan və 5 qız. Dünya çempionatında 78 ölkədən 574 cüdoçu iştirak edəcək.

Qızların rəqibləri

48 kq-da Nərgiz Əhmədova 1/16 finalda çilili Maria Valensiya ilə qarşılaşacaq. Eyni mərhələdə 52 kq-da Aysun Məmmədovanın rəqibi kanadalı Rima Burihandır.

57 kq-da Xədicə Qədəşova Selin Bestav () – Nino Xaraişvili (Gürcüstan) görüşünün qalibi ilə üz-üzə gələcək. Vüsalə Hacıyeva isə sloveniya təmsilçisi Nika Tomtsla qarşılaşacaq. 63 kq-da Hanna Zaytsevanın rəqibi gürcüstanlı Mariam Natelauridir.

Oğlanların rəqibləri

60 kq-da Ayxan Mirzəzadə Gavreil Şanran Lu E Xan (Honkonq) – Stratos Xaralampus (Kipr) cütünün qalibi ilə görüşəcək. 66 kq-da Məhəmməd Musayev Maqni Lauritsen (Danimarka) – Yun Vinq Yat (Honkonq) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.

81 kq-da Mehdi Abbasov 1/32 finalda italiyalı Edoardo Mikele Russo ilə, Cəsur İbadlı isə küveytli Anas Buqammazla güləşəcək. 90 kq-da Süleyman Şükürov 1/16 finalda Nikolas Zadvinski () – İnomjon Baxodirov (Özbəkistan) görüşünün qalibi ilə qarşılaşacaq. Həmin çəkidə 1/32 finalda Aslan Kotsoyevin rəqibi özbəkistanlı Dilşod Naşirovdur.

100 kq-da Davud Namazlı 1/16 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetovla, Canpolad isə 1/32 finalda ukraynalı İvan Harmaşla güləşəcək. +100 kq-da Ramazan Əhmədovun 1/16 finaldakı rəqibi monqolustanlı Temuulen Munxçuluundur.

Kontekst

Noyabrın 10-da açıqlanan ilkin heyətə əsasən, Azərbaycan Daşkənddəki gənclər arasında dünya çempionatına 14 cüdoçu ilə qatılacaq: 9 oğlan və 5 qız.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…