Azərbaycan idmançıları Yunanıstanın Olimpiya şəhərində keçirilən muaytay üzrə gənclər arasında dünya çempionatını üç medalla başa vurublar. Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Əli Cəfərli U-16 yaş qrupunda, 71 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
U-18 yaş qrupunda mübarizə aparan Əfəndi Əfəndiyev 51 kq, Sedat Əliyev isə 57 kq çəki dərəcəsində gümüş medala layiq görülüblər.