Misli Premyer Liqasının XII turunda “Kəpəz” Gəncə Şəhər Stadionunda “Qarabağ”ı qəbul edib. Qarşılıqlı hücumlarla keçən görüş qolsuz heç-heçə ilə başa çatıb.
Qarşılaşmada cari mövsümün azarkeş rekordu qeydə alınıb. Matçı tribunadan 16 minə yaxın azarkeş izləyib.
Bu nəticədən sonra “Qarabağ” 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Kəpəz” 18 xalla altıncı yerdədir.
XII turun əvvəlki oyunlarında “İmişli” və “Zirə” 2:2 hesablı heç-heçə edib. “Sabah” səfərdə “Sumqayıt”ı 5:1, “Turan Tovuz” “Şamaxı”nı 2:0, “Qəbələ” “Şəfa”nı 2:0, “Neftçi” isə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.
Kontekst
Noyabrın 17-də “Kəpəz” – “Qarabağ” oyunu üçün bir sutka ərzində 8400 bilet satıldığı açıqlanmışdı. Həmin vaxt bu, Gəncə Şəhər Stadionunun tamaşaçı tutumunun təxminən 55 faizi idi.