Əsas məzmuna keç

Məmurların "gizli gəlir qapıları" BAĞLANIR - QANUN LAYİHƏSİ

Məmurların "gizli gəlir qapıları" BAĞLANIR - QANUN LAYİHƏSİ

Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə "Kraudfanding haqqında" qanunda göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə .

Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə , kommersiya, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyət göstərmədən və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadan əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Respublikasının qanunvericiliyinə uyğun olaraq gəlir götürə bilər. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi ictimaiyyətə açıqlanmayan (insayder) məlumatlardan istifadə edərək birbaşa və ya dolayı yolla qiymətli kağızları ala, sata və ya digər şəkildə ticarətini həyata keçirə, maddi və sair nemət, üstünlük və güzəştin əldə edilməsi ilə nəticələnəcək fəaliyyət göstərə bilməz. Hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanında, direktorlar (müşahidə) şurasında) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil etdiyi hallar istisna olmaqla, vəzifəli şəxs sahibkarlıq subyektinin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının), təftiş komissiyasının (audit komitəsinin) tərkibinə daxil ola, onları təmsil edə bilməz.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…