Əsas məzmuna keç

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistanda

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistanda

Ermənistanda noyabrın 26-27-də "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə...

en ru tr

Ermənistanda noyabrın 26-27-də " körpüsü" təşəbbüsü çərçivəsində və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə genişmiqyaslı ikitərəfli müzakirə keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı “Armenpress” məlumat yayıb.

Bildirilib ki, masa formatında təşkil olunacaq müzakirələrdə 8 avqust 2025-ci ildə Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyi, Ermənistan-Azərbaycan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması təşəbbüsləri müzakirə ediləcək.

Görüşdə həmçinin iki cəmiyyət arasında qarşılıqlı etimadın qurulması və inkişaf etdirilməsi, dayanıqlı iqtisadi əməkdaşlıq imkanları, Cənubi Qafqazda ticarət və kommunikasiya kanalları, humanitar məsələlər, gənclər və təhsil sahəsində əməkdaşlıq, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri diqqət mərkəzində olacaq.

Vurğulanıb ki, dəyirmi masada iştirak edən azərbaycanlı Ermənistan ərazisinə delimitasiya və demarkasiya edilmiş quru sərhəd sahəsindən keçərək gəlib.

Qeyd edək ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət heyət 13 fevral 2026-cı ildə də Ermənistana səfər edib. Həmin vaxt da nümayəndə heyəti delimitasiya və demarkasiya edilmiş sərhəd sahəsindən keçib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…