İngiltərənin “Football Whispers” saytı UEFA Çempionlar Liqasının üçüncü turunda bu gün Bakıda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” qarşılaşması üçün hesab proqnozunu açıqlayıb.
Nəşrin eksperti Marvellous Adepoju Bakı klubunun son beş oyunda məğlub olmadığını və “Slaviya” üzərində tarixi qələbə qazandığını vurğulayıb. Təhlildə “Sabah”ın son üç qarşılaşmada qapısını toxunulmaz saxladığı, hücumda isə məhsuldar oynadığı qeyd edilib.
Adepoju “Borussiya Dortmund”un ardıcıl üç matçda qalib gələ bilməməsini və son iki oyunda qol vurmamasını “Sabah”ın şanslarını artıran amillər kimi göstərib. Bununla belə, ekspert Dortmund təmsilçisinin daha güclü heyətə və Çempionlar Liqasında böyük təcrübəyə malik olduğunu bildirib.
“Football Whispers” “Borussiya Dortmund”un 3:1 hesabı ilə qalib gələcəyini proqnozlaşdırıb. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.